Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının NƏŞİ TAPILDI
16
iyl
2026
20:52
Ukraynanın Odessa sahilləri yaxınlığında baş verən dron hücumu nəticəsində həlak olan "Atlas Bey" mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq Odessaya gətirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, müvafiq prosedur qaydaları başa çatdıqdan sonra kapitanın cənazəsi Azərbaycana yola salınacaq.
"Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!" - nazirlikdən bildirilib.
Oxşar xəbərlər
Zaqatalada qəzaya düşdükdən 5 gün sonra xəstəxanada ölən Tunarın FOTOLARI
Avqustun 14-də Zaqatalada baş verən qəzada ağır yaralanan 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov ötən gün vəfat edib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Z...