Neft Daşlarında daha bir faciə

Neft Daşlarında daha bir faciə
Hadisə 2794
 

Neft Daşlarında daha bir faciə baş verib.  SOCAR-dan BAKU.WS-ə verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində baş verib.  "Neftqaztikinti” trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oğlu Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın "B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılıb.  

R. Yusifov aldığı xəsarətdən ölüb. Onun meyiti helikopter vasitəsilə sahilə yola salınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər