Nardaranda əməliyyat: oğru dəstəsi zərərsizləşdirildi

Nardaranda əməliyyat: oğru dəstəsi zərərsizləşdirildi
Hadisə 1135
 

Nardaranda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.

BAKU.WS Musavat.com-a istinadən bildirir tutulanlar arasında ata və oğul da var.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsi Bağlar massivində Bakı şəhər sakini Namiq Fərəcullayevə məxsus evdən 40 metr elektrik naqili, 1 ədəd elektrik cihazı və geyim əşyaları oğurlayan paytaxt sakinləri - Qəhrəman Quliyev, onun oğlu Əmrah, Hüseyn Əsədov və əvvəllər məhkum olunmuş Zahid Cəbrayılov tutularaq istintaqa təqdim ediliblər.

Aparılan araşdırmalar zamanı dəstə üzvlərinin Nardaran qəsəbəsində daha 2 mənzildən elektrik kabeli, habelə martın 22-nə keçən gecə fərdi yaşayış evindən 120 metr elektrik naqili oğurlamaları da müəyyən edilib.

Ümumilikdə saxlanılan şəxslərin qəsəbə ərazisində yeni tikilməkdə olan 15-ə yaxın həyət evindən oğurluq etdikləri məlum olub.

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

BAKU.WS

Nardaranda əməliyyat: oğru dəstəsi zərərsizləşdirildi

Nardaranda əməliyyat: oğru dəstəsi zərərsizləşdirildi

Nardaranda əməliyyat: oğru dəstəsi zərərsizləşdirildi

Oxşar xəbərlər

Nardaranda yeni Polis Bölməsi yaradıldı

Nardaranda yeni Polis Bölməsi yaradıldı

Nardaran qəsəbəsinin mərkəzi meydanında polis bölməsi üçün inşa edilən inzibati binanın tikintisi başa çatıb. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə...

1855 Sosial 17:58 24 dekabr 2015

Son xəbərlər