Azərbaycanda zavoddan 50 min manat oğurladılar
Bakıda zavoddan 50 min manat pul oğurlayan dəstə zərərsizləşdirilib. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-də kabel zavodundan quldurluq yolu ilə 50 000 manat aparan Bakı şəhər sakinləri Təmkin Salmanlı, Samir Quliyev, Mehman Əsədullayev, Anar Quliyev, Natiq Sulxayev, Toğrul İbrahimov və Fərid Məmmədov tutulublar. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Sərnişin avtobusunu qaçırdılar
Sumqayıt şəhərində sərnişin avtobusu qaçırılıb. BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3...