Naftalanın icra başçısının ölümü ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - Onu öldürüblər?
27
fev
2019
18:18
Fevralın 24-də Bakı şəhər Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yerləşən mənzildə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun vəfat etməsi ilə bağlı cinayət işi açılıb.BAKU.WS publika.az-a istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü R.İbrahimovun yaşadığı mənzildə vəfat etməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.Qeyd edək ki, Rövşən İbrahimov fevralın 25-də "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.O, Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.BAKU.WS
Oxşar xəbərlər
52 yaşında qəfil dünyasını dəyişən icra başçısının ölüm səbəbi məlum olub
Ötən gecə dünyasını dəyişən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ölüm səbəbi məlum olub.Naftalan şəhər İcra Hakimiyyəti başçısının müav...