18 yaşlı qızın ölümü ilə bağlı YENİ MƏLUMAT

18 yaşlı qızın ölümü ilə bağlı YENİ MƏLUMAT
Hadisə 12707
Cərrahiyyə əməliyyatı zamanı ölən 18 yaşlı qızın ölümündə təqsirləndirilən cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadəyə qarşı istintaq orqanı tərəfindən əlavə ittiham irəli sürülüb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hər iki şəxsə qarşı əlavə olaraq Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüldüyü açıqlanıb.İş Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmə prosesi yaxın vaxtlarda başlayacaq.Qeyd edək ki, bir müddət əvvəl Yasamal Rayon Məhkəməsinin qərarı ilə sözügedən cinayət işi təqsirləndirilən şəxslərə daha ağır ittiham irəli sürülməsi üçün Bakı Şəhər Prokurorluğuna qaytarılıb.Xatırladaq ki, 2015-ci ilin mart ayında “StarMed” klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə qız Leyla Mürsəlova dünyasını dəyişib. Bununla bağlı Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Əməliyyatı aparmış cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.BAKU.WS

Son xəbərlər