Şəki Regional Perinatal Mərkəzindəki ana ölümü ilə bağlı cinayət işi başlandı
01
apr
2018
12:19
Şəki Perinatal Mərkəzində ana ölümü ilə bağlı cinayət işi başlanıb.Şəki Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, Şəki şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızı 28 mart 2018-ci il tarixdə Şəki Regional Perinatal Mərkəzinə qəbul olunаraq keysəriyə yolu ilə əməliyyat olunmaqla qız uşağını dünyaya gətirib, lakin əməliyyatdan sonra səhhəti pisləşən Türkan Məmmədova görülmüş müalicə tədbirlərinə baxmayaraq 31 mart 2018-ci il tarixdə həmin mərkəzdə vəfat edib.Faktla bağlı Şəki Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) cinayət işi başlanmaqla zəruri təxirəsalınmaz istintaq hərəkətləri keçirilərək məhkəmə tibbi ekspertizası təyin edilib.İş üzrə hərtərəfli, tam və obyektiv istintaqın aparılması və qanuni qərarın qəbul edilməsi təmin ediləcək.BAKU.WS
Oxşar xəbərlər
Şəkidə ana ölümü baş verib - xəstə yaxınları həkim səhlənkarlığını iddia edirlər (FOTO)
Şəki Şəhər Şəki şəhər Regional Perinatal Mərkəzdə ana ölümü faktı qeydə alınıb.BAKU.WS-ə xəstə yaxınları tərəfindən daxil olan məlumata görə, 28.03.2018 tarixin...