52 yaşında qəfil dünyasını dəyişən icra başçısı kim idi?

52 yaşında qəfil dünyasını dəyişən icra başçısı kim idi?
Hadisə 4066
Xəbər verdiyimiz kimi, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov ötən gün qəfil dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, Rövşən İbrahimov 2018-ci ilin 18 may tarixində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Rövşən Hüseyn oğlu İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakultəsini bitirərək "İnşaat mühəndisliyi" ixtisasına yiyələnmişdir. 1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.Əmək fəaliyyətinə 1991-ci ildən "AZNEFT" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestindəiş icraçısı olaraq başlamışdır.ARDNŞ-də (SOCAR) müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışmışdır.Fevral 2011-ci ildən 18 may 2018-ci il tarixinədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamentinin rəisi vəzifəsində işləmişdir.Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən "TƏRƏQQİ" medalı ilə təltif edilmişdir.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2018-ci il tarixili Sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il sərəncamı ilə Azərbaycan neftçilərinin peşə bayramı və “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında xidmətinə görə Rövşən İbrahimov "Tərəqqi" medalı ilə tətif edilmişdir.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda icra başçısı vəfat etdi

Azərbaycanda icra başçısı vəfat etdi

Azərbaycanda icra başçısı qəfildən ölüb.BAKU.WS report-a istinadən xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov gecə saatlarında...

2238 Hadisə 09:46 25 fevral 2019

Son xəbərlər