MTN-in tutduğu məktəb direktoru həbsdə öldü
01
noy
2017
22:12
Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan, Böyükxan Nağıyev xəstəlikdən ölüb.B. Nağıyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin 2013-cü ildə keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Cəlilabadda uzun müddət məktəb direktoru və ədəbiyyat müəllimi işləyən B. Nağıyev İrandan qanunsuz yolla Azərbaycana keçirilən külli miqdarda narkotik vasitəni Zaqatala rayonu ərazisində satarkən tutulub.O, 12 il müddətinə azadlıqdan məhrum edilib.BAKU.WS
Oxşar xəbərlər
Rüşvət üstündə tutulan bələdiyyə sədri həbsdə öldü
Həbsdə olan bələdiyyə sədri vəfat edib.BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada...