MTN-nin tutduğu məhbus həbsxanada öldü

MTN-nin tutduğu məhbus həbsxanada öldü
Hadisə 1378
 

Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.

Hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək 13 il müddətinə azadlıqdan məhrum edilmiş, 1969-cu il təvəllüdlü Almas Rəhmət oğlu Qafarov xəstəlikdən ölüb.

Qeyd edək ki, A. Qafarov 2009-cu ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib.

Məlumata görə, Almas Qafarov bir qrup şəxslə qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətirib.

Daha sonra Almas Qafarov "Qızılağac” Dövlət Qoruğunun Xəzər dənizi ərazisindəki "Kurkasa” adası yaxınlığında İrandan gələn külli miqdarda narkotik vasitələri qəbul edərək həmin adada gizlədib.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda məhbuslar arasında dava düşüb, xəsarət alan var

Bakıda məhbuslar arasında dava düşüb, xəsarət alan var

Bakıda Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında dava olub. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bir neçə gün əvvəl Penitensiar Xidm...

1769 Hadisə 11:57 06 iyun 2016

Son xəbərlər