MTN-in 7 vəzifəli şəxsi həbs olundu (RƏSMİ)

MTN-in 7 vəzifəli şəxsi həbs olundu (RƏSMİ)
Hadisə 2864

Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin  308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Həbs olunan 11 MTN-çi harada saxlanılır?

Həbs olunan 11 MTN-çi harada saxlanılır?

Milli Təhlükəsizlik Nazirliyinin bu günlərdə həbs edilən 11 əməkdaşı Nərimanov Rayon Polis İdarəsinin (RPİ) istintaq təcridxanasında saxlanılır. BAKU.WS-in məl...

2157 Hadisə 15:08 20 oktyabr 2015

Son xəbərlər