"Moyka"dan "Range Rover" qaçırıldı
20
apr
2026
12:03
Paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birindən gecə saatlarında "Range Rover" markalı nəqliyyat vasitəsi qaçırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 23 yaşlı R.Rzayev müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, həmin şəxs sərxoş halda idarə etdiyi qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi də törədib.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxıldı
Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsin həbsdə olan sabiq şöbə müdiri Hüseyn Seyidov vaxtından əvvəl azadlığa buraxılması...