MN-in sabiq bölmə rəsi və müdiri həbsdən buraxıldılar
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri polkovnik Rəhim Laçınov ev dustaqlığına buraxılıblar.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsi belə qərar qəbul edib.
Məhkəmə zabitlərin vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərini əsaslı hesab edib.
Qeyd edək ki, E.Məmmədov və R.Laçınov ötən ilin avqustunda həbs edilmişdilər. Onlar mənimsəmə, rüşvətalma və vəzifə səlahiyyətlərini aşma cinayətlərində ittiham olunmuşdular.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...