“Mənə deməyib dənizə getmişdi, bıçaqladım...” - VİDEO

“Mənə deməyib dənizə getmişdi, bıçaqladım...” - VİDEO
Video
Hadisə 3314
 

Bakının Binəqədi qəsəbəsindəki dəhşətli qətlin təfərrüatları bəlli olub.

BAKU.WS APA TV-yə istinadən xəbər verir ki, hadisə qəsəbə sakini Əfsanə Məmmədovanın evində baş verib. Dörd ay əvvəl Əfsanə Məmmədova Gədəbəy rayon sakini Fidani İsmayılovla tanış olub. Dünən onların arasında mübahisə yaranıb. Mübahisəyə səbəb qadının qardaşı ilə onun icazəsi olmadan dənizə getməsi olub. Əfsanənin evinə gələn Fidani qapının bağlı olduğunu görüb əsəbiləşib.

"Mənə demədən dənizə getmişdilər. Mən də gəldim qolundan bıçaqla vurdum. Yox, qısqanmamışdım, sadəcə əsəbiləşdim".

Bacısını qan içində görən 15 yaşlı Anar Məmmədov Fidaninin üstünə cumub. Bu zaman Fidani bir bıçaq da ona vurub. Səsə çıxan qonşular dərhal təcili tibbi yardıma və polisə zəng vurublar. Hər iki zərərçəkən xəstəxanaya aparılsa da, 15 yaşlı Anarın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, qətli törədən Fidanı İsmayılov ailəlidir, himayəsində iki azyaşlı övladı var.

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

BAKU.WS 

Son xəbərlər