Mingəçevirdə beşmərtəbəli binada yanğın olub

Mingəçevirdə beşmərtəbəli binada yanğın olub
Hadisə 72

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 30 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə, hamam otağının plastikdən ibarət qapısı və 1 ədəd kondisioner yanıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yüksək temperaturdan dəhliz 4 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər