Bakıda yaşayış binasında yanğın - Xəsarət alan var - YENİLƏNİB - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 44 m² olan 2 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 8 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yüksək temperaturdan 1 ədəd kondisioner əriyib.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***11:22
Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.
Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdikləri məlumata görə, hadisə 7-ci mikrorayon ərazisində, Süleyman Sani Axundov küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Binanın eyvanındakı yanğını söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda mənzillərdə yanğın hadisəsi baş verib - YENİLƏNİB - VİDEO
Bakı şəhərinin Yasamal rayonunda iki mənzildə yanğın baş verib. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat daxil olub. Məlumata görə, ikim...