Bakıda binada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

Bakıda binada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB
Video
Hadisə 1206

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yüksək temperaturdan hamam otağının plastikdən ibarət qapısı qarsalanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***14:31

Bakının Yasamal rayonunda güclü yanğın başlayıb.

BAKU.WS “Metbuat.az”a istinadla xəbər verir ki, hadisə Yasamal rayonu A.M.Şərifzadə küçəsi 112-də yerləşən binada qeydə alınıb.

Hazırda hadisə yerində FHN əməkdaşları yanğını söndürməyə çalışırlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Çoxmərtəbəli yaşayış binasında güclü yanğın – BİR NƏFƏR YANIB ÖLDÜ

Çoxmərtəbəli yaşayış binasında güclü yanğın – BİR NƏFƏR YANIB ÖLDÜ

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otaqlı mənzildə yataq dəsti və ev əşyaları 10 m²...

1003 Hadisə 10:21 07 mart 2019

Son xəbərlər