Mingəçevirdə kişi meyiti tapılıb
24
mar
2025
09:27
Mingəçevirdə kişi meyiti aşkarlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, meyit şəhərin Boşçalı bağ massivi adlanan ərazisində aşkarlanıb.
Araşdırma zamanı məlum olub ki, meyit əslən Tovuz rayonu Aşağı Ayıblı kəndindən olan və Mingəçevir şəhəri M.Müşfiq küçəsi ev 11/19 mənzil 30 ünvanında yaşamış, 1972-ci il təvəllüdlü Yusifov Mehman Vəli oğluna məxsusdur.
Meyitin üzərində heç bir zorakılıq əlaməti olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb
Sumqayıtda 36 nömrəli məktəbdə zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb. BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bi...