Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı
Mərkəzi Bankın (AMB) baş direktoru Vüqar Əhmədov vəzifəsindən ayrılıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, Vüqar Əhmədov avqustun 28-dən öz ərizəsi ilə işdən ayrılıb.
Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 10-dan 9-a enib.
Qeyd edək ki, Vüqar Əhmədov 2009-cu ildən AMB-də çalışıb. Əvvəlcə Mərkəzi Bankın Tədqiqatlar departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilib. 2010-2013-cü illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin Tədqiqatlar departamentinin direktor müavini, həmin departamentin direktoru, 2013-2017-ci illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru vəzifəsində işləyib. 2017-ci ilin dekabr ayından isə Mərkəzi Bankın baş direktoru vəzifəsinə çalışıb.
Oxşar xəbərlər
Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyərək onun 960 manat pulunu, içərisində 250 manat dəyərində mobi...