Mehman Hüseynovun məhkəməsinin vaxtı bəlli oldu

Mehman Hüseynovun məhkəməsinin vaxtı bəlli oldu
Hadisə 870
Həbsdə olan video bloqer Mehman Hüseynovun vaxtından əvvəl azadlığa çıxmaq üçün etdiyi müraciətlə bağlı məhkəməsinin vaxtı bəlli olub."Qafqazinfo"nun verdiyi xəbərə görə, M.Hüseynovun ərizəsinə avqustun 24-də Qaradağ rayon Məhkəməsinin hakimi Rəşad Məmmədovun sədrliyi ilə baxılacaq.Hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan M.Hüseynov avqustun 10-da bu barədə ərizə yazaraq müdafiəçisi vasitəsilə məhkəməyə təqdim edib. O, ərizəsində cəzasının çəkilməmiş hissəsindən azad edilməklə şərti formada azadlığa buraxılmasını istəyib.M.Hüseynov böhtan atmaqda təqsirli bilinərək Suraxanı rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.BAKU.WS

Oxşar xəbərlər

Mehman Hüseynov şərti azadlıq üçün məhkəməyə müraciət etdi

Mehman Hüseynov şərti azadlıq üçün məhkəməyə müraciət etdi

Həbsdə olan video bloqer Mehman Hüseynov vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.BAKU.WS xəbər verir ki, bu barədə vəkili Şəhla Hümbətova "...

1223 Hadisə 10:11 15 avqust 2018

Son xəbərlər