Mehman Hüseynov hakim qarşısında

Mehman Hüseynov hakim qarşısında
Hadisə 1364

Bu gün Bakı Apellyasiya Məhkəməsində bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılmaması ilə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra M.Hüseynovun vəkili Şəhla Hümbətova vəsatət qaldırıb. O, müvəkkili haqqında mənfi rəy vermiş 14 saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi Təbriz Əzizovun məhkəmədə dindirilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Növbəti proses oktyabrın 17-nə təyin olunub.

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS

Oxşar xəbərlər

Vaxtından əvvəl azadlığa çıxmaq istəyən Mehman Hüseynova pis xəbər

Vaxtından əvvəl azadlığa çıxmaq istəyən Mehman Hüseynova pis xəbər

Həbsdə olan videobloger Mehman Hüseynov vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.BAKU.WS xəbər verir ki, o, ərizəsində cəzasının çəkilməmiş...

9097 Hadisə 16:49 24 avqust 2018

Son xəbərlər