Lənkəranda iki bacı dəm qazından zəhərlənib

Lənkəranda iki bacı dəm qazından zəhərlənib
Hadisə 92

Lənkəranda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Separadi kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakinləri 1958-ci il təvəllüdlü Firayə Cabir qızı Kərimova və bacısı 1972-cı il təvəllüdlü Rəna Cabir qızı Kərimova vanna otağında huşsuz vəziyyətdə tapılıblar.

Hər iki bacı ağır vəziyyətdə əraziyə çağırılan tibbi xidmət briqadası tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaxınlarının sözlərinə görə vanna otağında odun sobası və üstündə buxar verən daşlar olub. Vanna otağında yaranan buxarın dəm qazı yaratdığı ehtimal olunur.

Onu da qeyd edək ki, Rəna Kərimovanın bacısı Firayə Kərimovanın evinə qonaq gəlib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər