Lavrov İrəvanda Türkiyənin fotosunu çəkdi - Sosial şəbəkə qarışdı

Lavrov İrəvanda Türkiyənin fotosunu çəkdi - Sosial şəbəkə qarışdı
Hadisə 2882
 

Ermənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovun çəkdiyi foto sosial şəbəkədə geniş müzakirə obyekti olub.

"Qafqazinfo” xəbər verir ki, Türkiyənin ən yüksək dağı olan Ağrı dağın fotosunu facebook hesabında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova paylaşıb:

"Ararat bu gün öz gözəlliyi ilə heyran etdi. Sergey Lavrov da özünü saxlaya bilməyib fotonu çəkdi”.

Qeyd edək ki, foto sosial şəbəkədə ermənilər, türklər və azərbaycanlılar tərəfindən ciddi müzakirə mövzusu olub. Ermənilər Araratın bir vaxtlar ermənilərə aid olduğunu və onu türklərdən geri alacaqlarını bildiriblər. 

Rusiya XİN rəhbərinin bu addımının Türkiyə hökuməti tərəfindən nota ilə cavablandırılacağı ilə bağlı sosial şəbəkə istifadəçilərdən birinin şərhinə cavab olaraq Mariya Zaxarova bir əhvalat danışıb:

"Ermənistan SSR-nin gerbində Araratın olması ilə bağlı Türkiyə hökumətinin etirazına cavab olaraq xarici işlər naziri Çiçerin demişdi: "Türkiyə bayrağında da aypara həkk olunub, lakin Ay Türkiyə ərazisinin bir hissəsi deyil”.

BAKU.WS

Oxşar xəbərlər

Lavrov Qarabağ müzakirələri üçün İrəvandadır

Lavrov Qarabağ müzakirələri üçün İrəvandadır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana iki günlük səfərə gedib. Musavat.com RİA "Novosti”yə istinadən xəbər verir ki, o, səfər çərçivəsində Erm...

1544 Siyasət 22:53 21 aprel 2016

Son xəbərlər