"Kubinka" sakini qonşusunu ürəyindən niyə bıçaqlayıb? - TƏFƏRRÜAT
22
iyn
2026
15:12
Hadisə rayonun Əlimərdan bəy Topçubaşov küçəsində, "Kubinka" kimi tanınan ərazidə qeydə alınıb.
İlkin məlumata görə, qonşular - Mahmud Quliyev və Rüfət Əliyev arasında söyüş üstündə mübahisə yaranıb.
Bu zaman Mahmud Quliyev üzərində gəzdirdiyi bıçaqla Rüfət Əliyevin ürək nahiyəsinə zərbə endirib.
Yaralı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Qətli törətməkdə şübhəli bilinən Mahmud Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
8 Noyabr prospektində səki çöküb
Bakıda səkidə çökmə baş verib. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, 8 Noyabr prospektində səkidə çuxur yaranıb. "Çuxur ge...