Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, 4 nəfər xəsarət alıb
26
avq
2025
23:12
Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü E.Ələkbərov, 1983-cü il təvəllüdlü N.Şükürov, 1991-ci il təvəllüdlü M.Sadıqzadə və 1977-ci il təvəllüdlü K.Əzimov yanıq xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, xəsarət alanlar Kəlbəcərdə binalardan birində qaz xəttinin çəkilişində çalışan fəhlələrdir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda qarajdan meyit tapıldı
Bakıda qarajdan meyit tapılıb. BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində yerləşən qarajda qeydə alınıb. Ba...