İran azərbaycanlı sürücülərdən "Tramp marşrutu"nun acığını çıxır: "Bizimlə heyvan kimi davranırlar"

İran Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan üçtərəfli bəyannaməyə etiraz olaraq, Naxçıvandan Bakıya yük daşıyan sürücülərə təzyiqlərini gücləndirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" xəbər yayıb.
Bildirilib ki, Naxçıvandan yola düşən sürücülər günlərlə ac-susuz, çöllük ərazidə toz-torpaq içində gözlədildikdən sonra Azərbaycana buraxırlırlar.
"Burada nə yemək var, nə də su. Bir şey almaq üçün kilometrlə yolu piyada getmək lazımdır. Burada heç tualet də yoxdur. Bizimlə heyvan kimi davranırlar", - deyə, sürücülərdən biri bildirib.
Sürücülər vurğulayıblar ki, İran rəsmiləri onlara, "xoşunuza gəlmirsə, gedin "Tramp marşrutu"ndan istifadə edin" deyirlər.
Məlumat üçün əlavə edək ki, İran tərəfindən sürücülərimizə yaradılan maneələrlə bağlı Oxu.Az bir necə dövlət qurumuna sorğu göndərsə də, cavab ala bilməyib.
Xatırladaq ki, avqustun 8-də imzalanan bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında "Tramp marşrutu"nun yaradılması nəzərdə tutulur. Bu yol ABŞ şirkətinin nəzarəti altında olacaq. Tehran isə bu təşəbbüsə qarşı sərt mövqe sərgiləyib.
Oxşar xəbərlər
Küçədə ölən şairlə bağlı AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün şair Kəramət Şükürovun küçədə meyiti tapılıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən BAKU.WS-ə verilən məlumata görə, avq...
