İnfarkt keçirən Akif İslamzadənin son vəziyyəti açıqlandı
08
may
2026
09:24
Xalq artisti Akif İslamzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, bu barədə sənətkarın oğlu Ayxan İslamzadə deyib.
O bildirib ki, atası təxminən yarım saat əvvəl ürək əməliyyatı olunub:
"Atamın ürəyinə stent qoyulub. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Bu gün qəfil vəziyyəti pisləşdiyi üçün təcili yardımla xəstəxanaya çatdırıldı".
Qeyd edək ki, Akif İslamzadənin 77 yaşı var.
Oxşar xəbərlər
Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb
Sumqayıtda 36 nömrəli məktəbdə zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb. BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bi...