İmişlidə yanmış evdə bıçaqlanmış kişi meyiti tapıldı: Şübhəli bilinən qadın saxlanıldı
Yanvarın 26-da İmişli şəhəri ərazisində yerləşən evlərdən birində yanğın hadisəsinin baş verməsi və həmin evdə naməlum kişi meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Baş Prokurorluqdan bildirilib.
Qeyd edilib ki, ilkin yoxlama zamanı meyitin 1957-ci il təvəllüdlü Sədrəddin Fərəcov olması və onun bədəni üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətin olduğu müəyyən edilib.
Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1979-cu il təvəllüdlü Elnarə Cəfərovanın Sədrəddin Fərəcovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Cəfərova iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
Oxşar xəbərlər
Bakının üzərində dron səsi... - "Narahatlığa əsas yoxdur"
Bakının güclü dron uçması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Bu məsələlər arasında müzakirələrə səbəb olub . BAKU.WS xəbər verir ki, məsələ ilə ba...