İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
İmişli rayonunda toyda zəhərlənənlərin sayı 53 nəfərə çatıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, sentyabrın 24-də saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 53 nəfər (4-ü uşaq olmaqla 21-i kişi, 3-ü uşaq olmaqla 32-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər (kişi cinsli) iltizamnaməsi alınaraq ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
Oxşar xəbərlər
Rasim Balayevin SON DURUMU AÇIQLANDI
"Rasim Balayevin müalicəsi yekunlaşır. Vəziyyəti normaldır". BAKU.WS xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Ba...