Gürcüstan məhkəməsi Fərman Ceyranlının işi üzrə yekun qərarı fevralın 6-da verəcək

Gürcüstan məhkəməsi Fərman Ceyranlının işi üzrə yekun qərarı fevralın 6-da verəcək
Hadisə 1005
Tbilisi şəhər məhkəməsində bu gün “Lanset” klinikasının direktoru Fərman Ceyranlının işi üzrə növbəti dinləmə keçirilib. Dinləmədə üç vəkilin birinin çıxışı dinlənilib.Məhkəmənin iş üzrə yekun qərarı bu gün qəbul edəcəyi nəzərdə tutulsa da, hakim Maya Kokiaşvili məhkəmə prosesini fevralın 6-a qədər təxirə salıb.Qeyd edək ki, cərrah F.Ceyranlı dələduzluq maddəsi ilə ötən ilin may ayında Gürcüstanda həbs olunub. O, klinikasında qanunsuz qaraciyər transplantasiyası əməliyyatları həyata keçirməkdə və pasientlərdən aldatma yolu ilə külli miqdarda pul mənimsəməkdə ittiham olunub. İttiham üzrə azərbaycanlı həkim 6 ildən 9 ilədək azadlıqdan məhrum oluna bilər. (APA)BAKU.WS

Son xəbərlər