Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO

Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO
Video
Hadisə 9124
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dünəndən bəri güclü küləklə bağlı yaydığı xəbərdarlıq öz təsdiqini tapdı. Belə ki, güclü külək artıq Xırdalanda öz fəsadlarını göstərməyə başlayıb.BAKU.WS xəbər verir ki, Xırdalan sakinin saytımıza göndərdiyi videoda külək "Kristal Abşeron" tikinti şirkətinə məxsus 14 mərtəbəli binanın dam örtüyünün bir hissəsini yerindən qoparıb. Qeyd edək ki, yanvarın 17-18-də Abşeron yarımadasında çox güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enəcəyi gözlənilir. Havanın belə kəskin dəyişməsi əksər əhali üçün çox əlverişsizdir. BAKU.WS

Son xəbərlər