Güclü külək nə vaxta kimi davam edəcək? - RƏSMİ AÇIQLAMA

Güclü külək nə vaxta kimi davam edəcək? - RƏSMİ AÇIQLAMA
Sosial 2594
Dünəndən etibarən əsasən Bakı və Abşeron yarmadasında müşahidə edilən güclü külək bu gün gündüz saatlarından mülayimləşəcək.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Nəzərinizə çatdıraq ki, ötən gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsib, küləyin sürəti 18-23, arabir 25-30 m/s olub, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənib.

Rəşad ƏliyevBAKU.WS

Oxşar xəbərlər

Güclü külək nə vaxt dayanacaq? - NAZİRLİK AÇIQLADI

Güclü külək nə vaxt dayanacaq? - NAZİRLİK AÇIQLADI

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BA...

6301 Şou-biznes 17:34 30 mart 2018

Son xəbərlər