Güclü külək neftçilərin xilasetmə əməliyyatına maneə yaradır
Hadisə baş verən estakada sahildən 5 km uzaqda yerləşir
Bakıda müşahidə olunan güclü şimal-qərb küləyi itkin düşən neftçilərin xilasetmə əməliyyatına maneə yaradır.
Axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin 10 gəmisi, həmçinin, çətin hava şəraitinə baxmayaraq, FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, güclü şimal-qərb küləyi axşam saatlarınadək davam edəcək. Gecəyə doğru isə hava şəraiti nisbətən mülayimləşəcək, küləyin sürəti azalacaq.
FHN-nin mətbuat xidməti rəhbəri Oqtay Bayramov bildirib ki, hava şəraitindən asılı olmayaraq xilasetmə işləri davam edəcək.
BAKU.WS
Oxşar xəbərlər
Soyuq hava şəraiti 2-3 gün davam edəcək
"Hazırda Azərbaycan ərazisində cənub-qərb və cənub-şərq istiqamətdən daxil olan hava kütlələrinin yaratdığı hava şəraiti müşahidə olunur. Havanın temperaturu no...