Neftçilərin axtarışları dayandırıla bilər
Dekabrın 4-də "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı itkin düşən neftçilərin axtarışları hələ də davam edir. Hələlik havanın küləkli olması axtaış işlərini ləngitməyib. Lakin bu gecə külək güclənərsə, axtarış işləri müvəqqəti olaraq təxirə salına bilər.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər. "Bu gün havanın küləkli olmasına baxmayaraq axtarışlar davam edir. Ekologiya Nazirliyindən havanın küləkli olması ilə bağlı proqnoz verilib. Lakin hələlik axtarışları davam etdirmək mümkündür”, - deyə mətbuat xidmətindən bildirilib. İstisna olunmur ki, əgər hava şəraiti əlverişsiz olarsa, külək bir az da güclənərsə, o zaman neftçiləri axtarışları dayandırılacaq: "Biz axtarış aparan işçilərin də hayatlarını düşünməliyik. Onları təhlükəyə ata bilmərik. Külək güclənsə, o zaman axtarışları müvəqqəti dayandıra bilərik”. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin 1 təyyarə və 4 helikopterinin, Dövlət Sərhəd Xidmətinin 6 helikopteri və 7 gəmisinin, habelə sahilboyu müşahidə işləri aparan FHN-in Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətindən əlavə qüvvələrin cəlb olunub. "Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın hələ də söndürülməyib. Yanğının söndürülməsi üçün yanğınsöndürənlər hadisə yerində çalışırlar. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
“Günəşli” yatağında itkin düşən neftçilərin axtarışlarına Xəzəryanı ölkələr də kömək edir
"Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi və itkin düşən şəxslərin axtarışları davam etdirilir. BAKU.WS-in məlumatına gör...