Xəbərdarlıq: hava fevralın 7-dən kəskin dəyişəcək

Xəbərdarlıq: hava fevralın 7-dən kəskin dəyişəcək
Şou-biznes 2545

Bakı və Abşeron yarımadasında fevralın 7-dən hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə enəcək. Qeyri-sabit hava şəraiti fevralın 9-dək davam edəcək. Fevralın 7-də qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. Qeyri-sabit hava şəraiti fevralın 9-u gündüzədək davam edəcək.

BAKU.WS

Oxşar xəbərlər

Sabah 14 dərəcə isti olacaq

Sabah 14 dərəcə isti olacaq

Bakı və Abşeron yarımadasında fevralın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə yarımadanın bəzi yerlərində az yağış yağac...

1097 Şou-biznes 13:45 02 fevral 2016

Son xəbərlər