Güclü külək binanın damını uçurdu, dayanacağı aşırdı (VİDEO)
30
mar
2018
17:45
Bakıda güclü külək fəsadlara səbəb olub. BAKU.WS-in məlumatına görə, küləyin sürətinin artmasından sonra bəzi binaların damı sıaradan çıxıb. Külək yollarda ağacları aşırıb. Hətta, quraşdırılması planlaşdırılan dayanacaq konstruksiyası da aşıb. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 30-da hava şəraiti qeyri-sabit olub, güclü şimal-qərb küləyi əsib. Şimal-qərb küləyi Maştağada və Bakıda 30, Neft Daşlarında və Çilov adasında 29, Qum adasında 28, Pirallahıda 24, Binədə və Sumqayıtda 23, Ələtdə 20, Zabratda 19, Daşkəsəndə 30, Neftçalada 22, Xınalıqda 20, Biləsuvar və Şamaxıda 18 m/s-dək güclənib. Neft Daşları Stansiyasından alınan məlumatına əsasən dalğanın hündürlüyü 6,5 metrə çatıb. Qeyd edək ki, martın 31-i səhərədək güclü küləkli hava şəraitinin davam edəcəyi, şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30, yarımadanın bəzi yerlərində isə arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. BAKU.WS
Oxşar xəbərlər
Faktiki hava açıqlandı: Xəzərdə dalğanın hündürlüyü 6,5 metrə çatıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 30-da hava şər...