Azərbaycana 38 sm hündürlüyündə qar yağıb
10
mar
2018
16:01
Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 9-u gündüzdən 10-u səhərədək müşahidə olunmuş faktiki havanı açıqlayıb.Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 9-u gündüzdən 10-u səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Lənkəran-Astara zonasında 2-8, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 2-18, Qazax-Gəncə zonasında 1-10, Naxçıvan MR-da 4-12 mm olub.Qar örtüyünün hündürlüyü Şahdağda 38, Qırızda 12, Xınalıqda 4, Rvarudda 3, Kəlvəzdə 2 sm təşkil edib.Şimal-qərb küləyi bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.BAKU.WS
Oxşar xəbərlər
Şahdağda qarın hündürlüyü 44 sm çatıb - FAKTİKİ HAVA
Azərbaycan ərazisində martın 1-i gündüzdən martın 2-si səhərədək müşahidə olunan faktiki hava açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidromet...