Şahdağda qarın hündürlüyü 44 sm çatıb - FAKTİKİ HAVA

Şahdağda qarın hündürlüyü 44 sm çatıb - FAKTİKİ HAVA
Şou-biznes 974
Azərbaycan ərazisində martın 1-i gündüzdən martın 2-si səhərədək müşahidə olunan faktiki hava açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 1-i axşamdan martın 2-si səhərədək hava şəraiti-qeyri sabit keçib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.Şimal-qərb küləyi əsib, bəzi rayonlarda arabir güclənib.Düşən yağıntının miqdarı Böyük Qafqazda 2-18, Kiçik Qafqazda 3-5, Naxçıvan Muxtar Respublikasında 0-2, Qazax-Gəncə zonasında 0-3, Bakıda və Abşeron yarımadasında, Mərkəzi-Aran rayonlarında və Lənkəran-Astara zonasında 0-1 mm olub.Qar örtüyünün hündürlüyü Şahdağda 44, Qırızda 21, Sarıbaşda 16, Kişçay, Xınalıqda 6, Daşkəsən, Göygöldə 5, Gədəbəydə 3, Quba, Qubanın dağlıq ərazilərində 3-21, Xaltanda 1 sm olub.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda faktiki hava açıqlandı - qar, yağış

Azərbaycanda faktiki hava açıqlandı - qar, yağış

Ölkə ərazisində fevralın 18-dən 19-u səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Ekolo...

1004 Şou-biznes 10:34 19 fevral 2018

Son xəbərlər