Faktiki hava açıqlandı: Xəzərdə dalğanın hündürlüyü 6,5 metrə çatıb

Faktiki hava açıqlandı: Xəzərdə dalğanın hündürlüyü 6,5 metrə çatıb
Hadisə 1686
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 30-da hava şəraiti qeyri-sabit olub, güclü şimal-qərb küləyi əsib.BAKU.WS-in məlumatına görə, şimal-qərb küləyi Maştağada və Bakıda 30, Neft Daşlarında və Çilov adasında 29, Qum adasında 28, Pirallahıda 24, Binədə və Sumqayıtda 23, Ələtdə 20, Zabratda 19, Daşkəsəndə 30, Neftçalada 22, Xınalıqda 20, Biləsuvar və Şamaxıda 18 m/s-dək güclənib.Neft Daşları Stansiyasından alınan məlumatına əsasən dalğanın hündürlüyü 6,5 metrə çatıb.Qeyd edək ki, martın 31-i səhərədək güclü küləkli hava şəraitinin davam edəcəyi, şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30, yarımadanın bəzi yerlərində isə arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir.BAKU.WS

Oxşar xəbərlər

SOCAR hərəkətə keçdi - 1 000 nəfərdən çox neftçi təxliyyə edildi

SOCAR hərəkətə keçdi - 1 000 nəfərdən çox neftçi təxliyyə edildi

Bu gün və sabah hava şəraitinin qeyri-sabit olması ilə əlaqədar dünən zəruri növbətçilərdən başqa, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz özüllərində ç...

3307 Hadisə 12:14 30 mart 2018

Son xəbərlər