Güclü külək Bakıda dağıntılara səbəb olub - FOTO

Güclü külək Bakıda dağıntılara səbəb olub - FOTO
Foto
Hadisə 213

Ötən gecədən başlayaraq Bakı şəhərində güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bununla bağlı paytaxtda insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin müvafiq qəza-xilasetmə qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb.

Belə ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli binanın dam örtüyündə peyk antenasının qopub asılı vəziyyətdə qalaraq, düşmə təhlükəsinin yaranması barədə daxil olmuş məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasedici qrupu dərhal hadisə yerinə cəlb olunub və antenanın ərazidən kənarlaşdırılması təmin olunub.

Bundan əlavə, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən beşmərtəbəli binanın dam örtüyünün qoparaq yerə tökülməsi və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yaranması barədə "112" qaynar telefon xəttinə məlumat daxil olub. Hadisə ünvanına cəlb olunan FHN XRXX-nin xilasediciləri müvafiq təhlükəsizlik tədbirləri görüb və ərazini təhlükəsizlik lenti ilə çəpərləyiblər.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.

Son xəbərlər