Bakıda güclü külək fəsadlar törətdib - Hadisə yerinə Xüsusi Riskli xilasetmə Xidmətinin qüvvələri cəlb olunub

Bakıda güclü külək fəsadlar törətdib - Hadisə yerinə Xüsusi Riskli xilasetmə Xidmətinin qüvvələri cəlb olunub
Hadisə 423

Dekabrın 2-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin müxtəlif rayonlarında güclü külək nəticəsində bir sıra fəsadların baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Yasamal rayonunda bir neçə dam örtüyünün qoparaq asılı vəziyyətdə qalması, Səbail rayonu hündürmərtəbəli binanın eyvan şüşəsinin qırılaraq asılı vəziyyətə qalması və s. təhlükəli vəziyyətlərin aradan qaldırılması üçün ərazilərə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Təhlükəli vəziyyətlər aradan qaldırılıb.

Qeyd olunan məlumatlar aidiyyəti üzrə istiqamətləndirilib.

Oxşar xəbərlər

Bakıda liftdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi

Bakıda liftdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma...

444 Hadisə 12:23 01 dekabr 2019

Son xəbərlər