Göygöldə ər və həyat yoldaşını avtomobil vurub
Göygöl rayonunda iki piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonda fəaliyyət göstərən restoranların birinin yaxınlığında qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən 1952-ci il təvəllüdlü Nürəddin Mehdiyevi və onun həyat yoldaşı 1952-ci il təvəllüdlü Urzat Mehdiyevanı avtomobil vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki zərərçəkən xəstəxanaya aparılıb. Onlardan N.Mehdiyevin vəziyyəti ağır qiymətləndirilir və Gəncə şəhərlərində yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib.
Qadının vəziyyəti isə kafi qiymətləndirilir və müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
İmişli rayonunda bədbəxt hadisə baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, İmişli şəhər sakini, 1967-ci il təvəllüdlü Mehman Cavadovu elektrik cərəy...