Gəncədə kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma olub

Gəncədə kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma olub
Hadisə 3704
Gəncə şəhərində kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma olub.BAKU.WS-in “Report”a istinadən verdiyi xəbərə görə, hadisə Kəpəz rayonunda yerləşən “Miraj” çay evində baş verib.Belə ki, 27 yaşlı Qurbanov Qurban, 27 yaşlı Əliyev Tural, 30 yaşlı Nəsirov Edqar və 39 yaşlı Kərimov Namiq arasında silahlı insident olub. Hadisədən sonra Q.Qurbanov ölkə ərazisindən qaçmaq istəyərkən “Sınıq Körpü” keçid məntəqəsində saxlanılıb. Edqar Nəsirov yaralı halda xəstəxanaya yerləşdirilib.Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər