Gənc oğlan mağazadan 60 manatlıq saatı belə oğurladı – VİDEO
 
                            
                            
                                17
                                yan
                            
                                2019
                                11:10
                            
                            
                        Bakıda keçid ticarət mərkəzindəki saat mağazasında oğurluq hadisəsi baş verib. Bu barədə BAKU.WS-ə mağaza sahibi bildirib. Oğurluq hadisəsi müşahidə kamerasına düşüb. Hadisənin görüntülərini redaksiyamıza göndərən mağazanın sahibi Mənsur Əhmədov bildirib ki, bir nəfər saat oğurlayıb. Oğurluq “28 may” metrostansiyasının yaxınlığındakı keçid ticarət mərkəzində saat dükanında qeydə alınıb. Mağazada müştərilərin çoxluğundan istifadə edən gənc oğlan saatı gizlincə oğurlayıb. “Oğurlanan saatın dəyəri 60 manatdır”, - deyə Mənsur Əhmədov bildirib. Hadisənin görüntüsünü təqdim edirik: Cavid BabayevBAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Bakıda gənc oğlan şirniyyat evini belə qarət etdi – VİDEO
Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsindəki şirniyyat evində oğurluq olub. Oğurluq “Madamdor...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    