Bakıda ticarət mərkəzində oğurluq anbaan kameraya düşdü (VİDEO)

Bakıda ticarət mərkəzində oğurluq anbaan kameraya düşdü (VİDEO)
Video
Hadisə 2943
Bakıda mağazada oğurluq hadisəsi kameraya düşüb. BAKU.WS-in "qaynar xətti"nə göndərilən məlumata görə, hadisə Yasamal rayonu ərazisində baş verib. "20 Yanvar" metrosu yaxınlığındakı ticarət mərkəzində mağazada baş verən oğurluq hadisəsi müşahidə kamerası vasitəsi ilə qeydə alınıb. 27-30 yaşları arasında bir gənc mağazada heç kimin olmadığını görərək içəri daxil olub və pul qabını götürüb. Oğurluq hadisəsi anbaan kameraya düşüb. Mağaza sahibi 20-ci polis bölməsinə faktla bağlı məlumat verdiyini bildirib. Həmin görüntüləri təqdim edirik: AbbasBAKU.WS

Son xəbərlər