Gəmidə zəhərlənən İran vətəndaşlarının altı nəfəri xəstəxanadan buraxılıb
20
okt
2018
10:23
Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində xəstəxanaya yerləşdirilən 8 nəfərdən 6 nəfər evə buraxılıb.BAKU.WS trend-ə açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Şöbə müdiri bildirib ki, həmin şəxslərin səhhəti normallaşdığı üçün ambulator müayinəyə göndərilib: "Hazırda iki nəfər şöbədə müalicə olunur. Artıq onların da səhhəti normaldır".
BAKU.WSOxşar xəbərlər
Aktaudan Bakıya gələn gəmidə zəhərlənlərdən 3-ü ölüb
Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində zəhərlənən 4 nəfərin vəziyyəti orta-ağırdır.Bu barədə BAKU.W...