Gəncədə dəm qazından zəhərlənən tələbə qızların son vəziyyəti
Gəncədə dəm qazından zəhərlənən tələbə qızların son vəziyyəti məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasından fevralın 16-da saat 03:20-də zəhərlənmə şübhəsi ilə üç nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunduğu bildirilib.
"Dəm qazının toksiki təsiri diaqnozu təyin olunan pasiyentlərə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab edilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
*** 08:51
Gəncədə zəhərlənmə hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü F.Həsənova, 2006-cı il təvəllüdü İ.Mollayeva və 2005-ci il təvəllüdlü N.Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hər 3 şəxs Zaqatala rayon sakinidir, onların tələbə olduqları bildirilir.
Zəhərlənən şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sükan arxasında yuxulayan sürücü və həyat yoldaşı ÖLDÜ
Ötən gün saat 16 radələrində, Tərtər rayonunun Təzəkənd kəndinin ərazisində Bərdə rayon sakini 64 yaşlı Adil Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə...