Gəncədə orta məktəb şagirdləri dönərdən ZƏHƏRLƏNİBLƏR - ADLAR

Gəncədə orta məktəb şagirdləri dönərdən ZƏHƏRLƏNİBLƏR - ADLAR
Hadisə 173

Gəncədə dönərdən zəhərlənən məktəblilərin kimliyi məlum olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir.

Məlumata görə hazırda zəhərlənən şagirdlərin vəziyyətləri normaldır. Xatırladaq ki, zəhərlənən məktəblilər Gəncə şəhər M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri olub. Onlar dərsdən sonra zəhərləniblər. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

***08:03

Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.

7 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şamaxıda kanalizasiya daşdı, evi su basdı

Şamaxıda kanalizasiya daşdı, evi su basdı

Şamaxı rayonununda ötən gecə yağan güclü yağış fəsadlar törədib.  Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.  Bildirilib ki, Aşıq Məmmədağa küçəs...

46 Hadisə 10:50 23 oktyabr 2026

Son xəbərlər