Damarını doğrayan qadın Gəncə Dövlət Universitetindən işdən çıxarılıb? - RƏSMİ AÇIQLAMA

Damarını doğrayan qadın Gəncə Dövlət Universitetindən işdən çıxarılıb? - RƏSMİ AÇIQLAMA
Hadisə 5208

"Aprelin 11-də Gəncə Dövlət Universitetinin binasından kənarda universitetin keçmiş əməkdaşı 1988-ci il təvəllüdlü Günay Asim qızı Məmmədova özünə yüngül bədən xəsarəti yetirməyə cəhd göstərib".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Gəncə Dövlər Universitetindən (GDU) verilib.

"Hadisə univeritet binasının yaxılığında baş verdiyinə görə GDU rektorluğu tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır", - deyə məlumatda bildirilir.

Qeyd olunub ki, G.Məmmədova üç il bundan əvvəl öz ərizəsi ilə işdən azad olunub:

"Öz istəyi ilə işdən ayrılsa da o, dəfələrlə GDU-nun rəhbərliyini təhdid edərək hədə-qorxu gəlib, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və Ombudsmana müraciət edib. G.Məmmədova bununla əlaqədar verdiyi izahatlarda işdən çıxdığına görə GDU rəhbərliyini günahlandırmayıb, narazılığının olmadığını, müraciətlərinin isə psixoloji və ailə problemləri ilə əlaqəli olduğunu bildirib. Bu gün baş verən hadisənin isə GDU ilə heç bir əlaqəsi yoxdur".

***11:55

Aprelin 11-də saat 09:50 radələrində 1988-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, TƏBİB-dən məlumat verilib.

"Sol saidin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.

***10:47

Gəncədə qadın özünə xəsaərət yetirib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Gəncə Dövlət Universitetinin əsas binasında qeydə alınıb.

1988-ci il təvəllüdlü G.Məmmədova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə G.Məmmədova GDU-nun dəftərxanasının əməkdaşı olub. Onun özünə xəsarət yetirməsinə səbəb isə xəbəriz işdən çıxarılmasıdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Son xəbərlər