Gəncədə evdə partlayış olub - Xəsarət alan var

Gəncədə evdə partlayış olub - Xəsarət alan var
Hadisə 57

Gəncə şəhərində evdə qazsızmasından partlayış olub, xəsarət alan var.

BAKU.WS report-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü T.Seyidova hamam otağında işığı yandıran zaman partlayış baş verib. Buna səbəb qaz sobasında sızmanın baş verməsi olub.

Nəticədə o, bədəninin müxtəlif nahiyələrinin 1 və 2-ci dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər